çirkab suların təmizlənməsi üçün effektiv texnologiyanın təqdimat mərasimi keçiriləcək

img

12-12-2009 [12:58]


ın ?Multiclair International Gmbh? şirkəti 16 dekabrda məişətdə və sənayedə yaranan çirkab suların təmizlənməsində daha effektiv texnologiyanın təqdimatını keçirəcək. Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə,, tədbirdə Almaniyadan ?Multiclair International Gmbh? şirkətinin nümayəndələri və şirkətlə əməkdaşlıq edən ?AtaHoldinq? ASC rəhbər şəxsləri iştirak edəcək. ?Multiclair International Gmbh? şirkətinin nümayəndələri texnologiya haqqında geniş məlumat verəcəklər. Bu texnologiya Almaniya və Avropa Birliyinin tələblərinə uyğun işlənib hazırlanıb. Qısa olaraq qeyd edək ki, bu texnologiya ilə istismar xərcləri ənənəvi təmizləmə üsulları ilə müqayisədə xeyli aşağıdır, çirkab suda olan qatı maddə problemi (xoşagəlməz iy, onun ətraf mühitə zərərliyi) aradan qaldırılır və tələb olunan investisiyaya xeyli qənaət olunur. Texnologiyanın bəsit olması onun istənilən kanalizasiya kollektorunun üzərində qurulmasına şərait yaradır. Bu zaman çirkab sular birbaşa kanalizasiya xəttindən götürülür və təmizləmə sistemindən keçərək ətraf mühit üçün tam zərərsiz keyfiyyətdə təhvil verilir. Məişətdə yaranan çirkab suyun təmizlənməsi prosesində əldə olunan çöküntü yüksək keyfiyyətli gübrə formasında istifadə oluna bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA