Milli Elmlər Akademiyasında doktoranturaya qəbul qaydalarının layihəsi müzakirə olunub

img

11-12-2009 [06:00]


AMEA Rəyasət Heyətində prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş ?Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya? və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramının icrası ilə əlaqədar olaraq AMEA-da yaradılmış İşçi qrupunun dekabrın 10-da keçirilən iclasında bir sıra mühüm məsəslələrlə bağlı fikir mübadiləsi aparılıb. Respublikanın nazirlik, dövlət komitələri, şirkətlər və ali təhsil müəssisələrinin məsul nümayəndələrindən, alim və mütəxəssislərdən ibarət İşçi qrupunun iştirak etdiyi tədbiri giriş sözü ilə açan qrupun sədri AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradıldığını və bu fondun əsas məqsədinin elmin müxtəlif sahələrində aparılan elmi tədqiqatların səmərəliliyinin artırılması və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasının təmin edilməsi olduğunu qeyd etdi. Milli Strategiyanın əsas istiqamətləri haqqında məlumat verən alim bildirdi ki, elmin inkişaf strategiyasının əsas müddəaları elmlə bağlı olan hər bir qurum qarşısında məsuliyyətli vəzifələr qoyur, onlardan müasir şəraitdə konkret fəaliyyət proqramının tərtib edilməsi və gerçəkləşdirilməsini tələb edir. Akademik A.Həşimov müasir dövrdə fundamental və tətbiqi elm sahələrinin inkişaf etdirilməsi, bu sahələrdə yüksəkixtisaslı kadrların hazırlanmasının zəruriliyini önə çəkdi. Alim elmin inkişafını təşkil və təmin etmək məqsədi ilə ölkədə mövcud olan elmi-tədqiqat müəssisələrinin elm və innovasiya sahəsində prioritet istiqamətləri haqqında məlumatlarının toplanaraq İşçi qrupunun növbəti iclasında müzakirə olunacağını bildirdi. İclasda eyni zamanda İşçi qrupu tərəfindən ?Təhsil haqqında? Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə? Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə həmin Qanunun 23.4 maddəsində nəzərdə tutulmuş doktoranturanın yaradılması və doktoranturaya qəbul qaydalarının layihəsi də müzakirə olunub. İclasda çıxış edənlər AR Təhsil nazirinin müavini t.e.d., professor İradə Hüseynova, AAK-da fizika, riyaziyyat və iqtisadiyyat şöbəsinin müdiri f.-r.e.d. Hüseyn İbrahimov, AR Müdafiə Sənayesi Nazirliyinin elmi-texniki araşdırmaların təşkili sektorunun müdiri t.e.d., professor Rafiq Hüseynov, ARDNŞ-in geologiya, geofizika və yataqların işlənməsi üzrə 1-ci vitse-prezidentinin müşaviri professor Eldar Şahbazov, AMEA RH-ın Elmi-təşkilat şöbəsinin rəisi f.-r.e.n. Əminağa Sadıqov və b. layihə ilə bağlı öz təkliflərini bildirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA