Mağazalarda istifadə müddəti bitmiz 155 kq yararsız qida məhsulu azkarlanıb

img

11-12-2009 [12:44]


Iqtisadi Inkişaf Nazirliyi Istehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti mağazalarda növbəti monitorinq keçirib. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, mağazalarda istifadə müddəti bitmiş 155 kq yararsız qida məhsulu aşkarlanıb. Monitorinqlər Bakı şəhərinin Yasamal rayonunda M.Muxtarov küçəsi, ev 50 ünvanında Qasid Səmədova məxsus mağazada,Gəncə şəhərindəki ?Gündüz? ərzaq malları mağazasında, Ü.Hacıbəyov küçəsində Taleh Mirzəyevə məxsus ərzaq malları mağazasında, eləcə də Balakən şəhərində S.Gözəlov küçəsində fiziki şəxs Oqtay Bayramova məxsus ərzaq mağazasında, Quba şəhərində ?Elçin market?də aparılıb. Tapılmış məhsulların arasında kolbasa və qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, makaron məmulatları, pivə, meyvə şirələri, sular, çay, düyü, uşaq yeməkləri və s. olub. Aşkar olunmuş qidalar satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır. İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların saxlama müddətinə, etiketlənməsinə xüsusi diqqət yetirməyi tövsiyə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA