Dekabrın 23-ü - Bələdiyyə seçkisi günü iz olmayacaq

img

10-12-2009 [05:07]


Azərbaycan Seçki Məcəlləsinə əsasən, bu il dekabrın 23-ü iş günü hesab olunmayacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə uyğun olaraq, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab edilmir. Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirildiyindən, ölkə ərazisində qeyri-iş günü olacaq. Xatırladaq ki, dekabrın 23-də keçiriləcək seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA