Ziya Məmmədov, Cavid Qurbanov və deputat Lalə Abbasovanın məhkəməyə çağırılması tələb olundu

img

10-12-2009 [04:55]


?Hadisədən xeyli vaxt keçsə də, heç bir irəliləyiş yoxdur. Bu işin düzgün aparılmamasında günahkarlar ? nəqliyyat naziri Ziya Məmmədov və onun müavini ?Azəryolservis? ASC-nin rəhbəri Cavid Qurbanov, eyni zamanda millət vəkili Lalə Abbasovadır. Baş prokurorluqda vəsadət qaldırmışam ki, iş üzrə adı çəkilən şəxslərin əlavə şahid qismində dindirilməsi təmin edilsin?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri ?Demokratiyanın Müdafiəsinə Kömək? İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Vidadi İsgəndərov ?Azəryolservis? ASC-nin ?1 saylı Yolların Mühafizə Xidməti? MMC-nin əməkdaşları tərəfindən Mehman Əmirquliyevi döyməsinə görə, aparılan cinayət işinin istintaqının obyektiv olmaması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, istintaq zamanı ciddi qanun pozuntusuna yol verdiklərinə görə, Dəvəçi rayon prokuroru, baş ədliyyə müşaviri Faiq Rzayevin, prokuror köməkçisi, kiçik ədliyyə müşaviri Kərimli İlham Əziz oğlunun, həmin rayonun Prokurorluğun müstəntiqi Elmar İsmayılovun barələrində AR Cinayət Məcəlləsinin 290.2, 292.3, 293.2, 294.3 maddələri ilə cinayət işinin başlanmasına dair baş prokuror Zakir Qaralova vəsatət-etirazı qaldırılıb: ?Elmar İsmayılovun Mehman Əmirquliyev və onun ailəsinə qarşı hədəedici danışıqlarının səsyazmasını əldə edərək Baş Prokurorluğa təqdim etməklə Elmarın hərəkətlərinə hüquqi qiymət verilməsi barədə vəsatət qaldırılıb. Bundan əlavə, Mehmana məxsus olan ?KAMAZ? markalı yük avtomobilinin dövlət nişanı olan 27 ? AC-280 nömrəsi nəqliyyat müfəttişlər tərəfindən qanunsuz olaraq çıxarılıb. Bu məsələ maddi sübut kimi tanınıb istintaq işinə əlavə edilmək əvəzinə, müstəntiq tərəfindən qanunsuz olaraq həmin maddi sübut geri qaytarılıb. Mehman azadlığa çıxan kimi dərhal sol qolundan əməliyyat olunub və iş qabiliyyətini itirib. Bundan əlavə, onun əsas şahidi olan Sevda Əkbərovaya pul vermək istəyiblər və o bundan imtina etdikdə onu vəhşicəsinə döyüblər. Bu məsələ ilə bağlı cinayət işi açılmasına baxmayaraq iş prokurorluq tərəfindən Sevda Əkbərovanın xəbəri olmadan xitam verilib. Ən maraqlısı da budur ki, nəqliyyat naziri Ziya Məmmədov və ?Azəryolservis? ASC-nin rəhbəri Cavid Qurbanovun göstərişlərinə əsasən Nəqliyyat Nazirliyinin 4 məsul vəzifəli şəxsləri və cinayət törətmiş şəxslərin qohumları sentyabr ayında Xaçmaz şəhərinə gələrək Mehmanın qohumları ilə danışıqlar aparmış, nəqliyyat nazirinin adından üzürxaqlıq edərək barışıq təklif ediblər. Həmin şəxslər bildirib ki, bu olaylar nəqliyyat naziri Ziya Məmmədovun və Cavid qurbanovun imicinə xələl gətirə bilər. Qeyd edim ki, sülh danışıqlarında millət vəkili Lalə Abbasova da xüsusi fədakarlıq göstərib. Bütün proseslərdən bir daha aydın oldu ki, Azərbaycan müstəqil məhkəmə sistemi yoxdur?. Digər zərərçəkmiş və Mehman Əmirquliyevin şahidi Sevda Ələkbərova istintaq zamanı Mehmanın xeyrin ifadə verdyinə görə, bir neçə şəxs tərəfindən vəhşicəsinə döyüldüyünü bildirib: ?Döyülməyimlə bağlı cinayət işi açılmışdı. Amma indi xəbər tuturam ki, işə xitam verilib?. Mehman Əmirquliyevin vəkili Hafiz Ələsgərov isə bu gün məsələ ilə bağlı istintaqın sonna çatdığını xatırladıb: ?Biz dəfələrlə tələb etmişik ki, iş Dəvəçi rayon prokurorluğundan alınıb Respublika Prokurorluğuna göndərilsin. Müstəntiq isə əlindən gələni və gəlməyənləri edir ki, hər iki tərəflə barışıq olsun. M.Əmirquliyev dəfələrlə ifadə verilən zaman dəfələrlə ona nalayiq və şəxsiyyətini alçadan sözlər işlədilib. Faktiki olaraq maddi sübut kimi maşının nömrəlir bizdədir. Amma məntiqsiz olaraq bunu maddi sübut kimi qəbul etmirlər. Ümumiyyətlə, onları hüquqdan belə anlayışları yoxdur?. Zərərçəkmiş Mehman Əmirquliyev isə bildirib ki, bu gün aclıq aksiyasına başlayacaq. O, bundan əlavə, ölkə vətəndaşlığından imtina da etmək fikrindədir: ?Artıq bununla bağlı Vidadi müəllimin köməkliyilə Norveç və İsveç səfirliklərinə həmin ölkələrdə sığınacaq almağım üçün müraciət edəcəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA