?Azercell Telekom? MMC-nin ?Barama? layihə ofisinin açılızı keçirilib

img

10-12-2009 [04:01]


Dekabrın 10-da ?Azercell Telekom? MMC-nin ?Barama? layihə ofisinin açılışı keçirilib. İçərişəhərdə yerləşən müasir üslublu bu mərkəzdə eyni vaxtda təxminən 20 layihə iştirakçısının rahat işləməsi mümkündür. ?Barama? layihəsinin mahiyyəti informasiya və kommunikasiya texnologiyaları sahəsində yeni təşəbbüsləri ortaya çıxarıb onları düzgün qiymətləndirməkdən ibarətdir. ?Barama? layihəsində iştirak edən gənclər burada işləməklə yanaşı, lazımi məqamlarda ?Azercell?in mütəxəssislərindən kömək almaq, onların təlimlərində iştirak etmək imkanı qazanırlar. Layihə iştirakçılarına hətta başa çatdırdıqları işi ?Azercell?in avadanlıqlarının üzərində sınaqdan keçirmək şansı da veriləcək. Ən əsası da odur ki, ideyaların müəllifliyi elə iştirakçıların özlərində qalacaq. Layihədə iştirak etmək istəyənlər www.azercell.com/barama internet səhifəsində yerləşdirilən anket-ərizəni dolduraraq, orada göstərilən əlavə sənədlərlə yanaşı öz ideyalarını ?Azercell?ə göndərə bilərlər. Təklif olunan ideyalar müəyyən dəyərləri, yaradıcılıq, yenilik, sosial-iqtisadi faydalar və s. kimi xüsusiyyətləri özündə əks etdirməlidir. ?Media forum?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA