Təhsil naziri seçkidən sonra bəzi məktəb direktorlarının cəzalandırılacağını deyir

img

10-12-2009 [02:24]


?Təhsil Nazirliyinin ?qaynar xətt?inə 151 saylı məktəbin müəllimi ilə bağlı daxil olan şikayət əsasında ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Lakin bu, yeganə fakt deyil. Başqa məktəblərin direktorları ilə bağlı bu cür hallar var?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirləri təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, qanundankənar hərəkətlərə yol verən direktorların bəziləri bələdiyyə seçkilərində iştirak etdiklərindən hələlik nazirlik onlara cəza vermək imkanında deyil. Amma M.Mərdanov seçkilər başa çatandan sonra həmin direktorlar barədə tədbirlər görüləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA