Eldar Sabiroğlu: ?Son üç ay ərzində cəbhə xəttində atəzkəs 211 dəfə pozulub?

img

10-12-2009 [01:38]


?Son üç ay ərzində cəbhə xəttində atəşkəs 211 dəfə pozulub. Atəşkəs ən çox Füzuli, Xocavənd, Tərtər və Ağdam rayonları istiqamətində pozulub. Atəşkəsin pozulması zamanı Ermənistan Ordusu Azərbaycandan iki dəfə çox itki verib?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bu gün ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. E.Sabiroğlu onu da bildirib ki, 3 ay ərzində ATƏT-in fəaliyyətdə olan sədrinin mandatına uyğun olaraq təmas xəttində 7 dəfə monitorinq keçirilib və monitorinqlər insidentsiz başa çatıb. Nazirlik sözçüsü bu il Azərbaycan Ordusunun bir çox uğurlarının olduğunu və peşəkarlığın artırılması məqsədilə bütün ordu birləşmələri səviyyəsində təlimlər keçirildiyini bildirib. O, Müdafiə Nazirliyinin son Kollegiyasında ordunun fəaliyyətinə dair yeni qərarların qəbul olunduğunu da vurğulayıb. Müdafiə Nazirliyinin beynəlxalq təşkilatlarla olan münasibətlərinə toxunan mətbuat xidmətinin rəisi bildirib ki, əməkdaşlıq Azərbaycan Ordusu üçün faydalı olub: ?NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində adıçəkilən qurumla lazımi səviyyədə əməkdaşlıq aparılır. Müdafiə Nazirliyinin NATO ilə əməkdaşlığının müsbət səviyyədə inkişaf etdiyini dəfələrlə bildirmişik. Bir sıra xarici dövlətlərlə bağladığımız əməkdaşlıq sazışlərinə əsasən əlaqələr qurulur. NATO ilə bağanılan sonuncu sazişə əsasən 170 tədbir keçiriləcək. Bunun 119-u Müdafiə nazirliyinin üzərinə düşür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA