?Həsrət Yolu? Əsir və Girovlara Kömək ictimai Birliyi beynəlxalq insan haqları təzkilatlarına müraciət edib

img

10-12-2009 [12:22]


?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliyi 10 dekabr - İnsan Haqları Günü ilə bağlı beynəlxalq insan haqları təşkilatlarına müraciət edib. Sözügedən qurumu mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan BMT-yə, Avropa Şurasına, ATƏT-ə, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə başçılarına, Beynəlxalq Qızıl Xaç Komitəsinə ünvanlanan müraciətdə qeyd olunub ki, BMT-nin Baş Assambleyası 10 dekabr 1948-ci ildə ilk dəfə hamı və hər kəs üçün prinsipi ilə ümumbəşər mahiyyəti olan İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməni qəbul edib: ?Bəyannamənin qəbul olunmasının 61-ci ildönümündə Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bu gün 1 milyondan artıq Azərbaycan vətəndaşının hüquqları pozulub, el-obasından qovularaq məcburi köçkün həyatı yaşamağa məhkum olunub, 100 minlərlə insan işgəncə və zorakılıqlara məruz qoyularaq şikəst və əlil edilib, 20 mindən artıq vətəndaşımız qətlə yetirilib, 4166 nəfər soydaşımız itkin düşüb, 800 nəfərdən çox azərbaycanlı işgəncələrə məruz qalaraq Ermənistan tərəfdə saxlanılır?. Bundan əlavə, müraciətdə ictimai birlik İnsan Haqları Günündə beynəlxalq təşkilatları Ermənistandan əsir və girovlarımızın qaytarılmasını, itkinlərimizin taleyinə aydınlıq gətirilməsini tələb etməyə və 10 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyasının qəbul etdiyi İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin müddəalarını kobudcasına pozduğuna görə işğalçı dövlətə qarşı sanksiyalar tətbiq olunmasına çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA