Dalğa Gənclər Hərəkatı insan Haqları dekadasına start verib

img

09-12-2009 [06:48]


Bu ilin 10 Dekabrından etibarən, Dalğa Gənclər Hərəkatı İnsan Haqları dekadasının (10 günlüyü) başlanmasını elan edib. İnsan Haqları dekadasının şüarı ?İnsan Hüquqları kağız üzərində qalmaq üçün deyil? seçilib. İnsan Haqları dekadası çərçivəsində hərəkatçılar İnsan Haqları ilə bağlı tədbirlər, kampaniyalar, aksiyalar keçirəcəklər. Nəzərdə tutulmuş 10 gün ərzində Azərbaycanda İnsan Haqları ilə bağlı seminarlar, müzakirələr, tədbirlər keçiriləcək, ictimaiyyət arasında insan haqları ilə bağlı maarifləndirmə işləri aparılacaq. Tədbirlərdə müzakirə ediləcək əsas mövzular isə söz azadlığı, qadın alveri, polis-vətəndaş münasibətləri ilə əlaqədar olacaq. Dekada 20 Dekabrda yekunlaşacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA