MQP ölkə üzrə orta məktəblərdən zəhid adlarının götürülməsinə etiraz edir

img

09-12-2009 [01:08]


MQP başqanı Vüqar Bəyturan ölkənin bəzi orta məktəblərinə verilmiş şəhid adlarının geri alınması, həmin tədris ocaqlarında qoyulmuş xatirə lövhələrinin yığışdırılması prosesinin başlanması və bunun bütün orta məktəbləri əhatə edəcəyi barədə informasiya əldə etdiklərini bildirib. MQP lideri bu olayla bağlı xüsusi bəyanatla çıxış edib. Bəyanatda deyilir:? Baş verən hadisə tərəfimizdən pislənilir və millətimizin tarixinə, ərazi bütövlüyümüz uğrunda müharibədə verdiyimiz şəhidlərin ruhuna hörmətsizlikdir. Heydər Əliyevin adının əbədiləşdirilməsi istiqamətində hər gün verilən yeni sərəncamların fonunda şəhidlərimizə olan bu münasibətin səbəbləri barədə əlaqədar orqanlar izahat verməlidir. Biz ərazilərimizin hələ də işğal altında olduğu bir vaxtda vətən uğrunda döyüşmüş və şəhid olmuş qəhrəmanlara qarşı atılan bu addımın vətənpərvərlik ruhunun öldürülməsinə, millətimizin öz torpaqları uğrunda döyüşmək istəyinin qarşısının alınmasına xidmət etdiyini bəyan edirik. MQP bütün ölkə ictimaiyyətini və milli mənafeyə xidmət edən siyasi qüvvələri bu olaya etiraz etməyə çağırır. Əminik ki, bu qərarı verənlər mütləq tarix qarşısında əməllərinə görə cavab verəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA