Bakıda 2 nəfər 14 yazlı qızı evlənmək adı ilə qaçıraraq zorlayıb

img

08-12-2009 [04:56]


Bakı şəhərində evlənmək adı ilə qaçırılan 14 yaşlı qızı iki nəfər zorlayıb. Bu barədə Lent.az-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Orxan Cəlilov evlənmək məqsədilə 1995-ci il təvəllüdlü G.-i (şərtidir) qaçırıb. O.Cəlilov qızı qaçırandan sonra onunla cinsi əlaqədə olub. O.Cəlilov Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb. Aparılan araşdırmalar zamanı müəyyən olub ki, O.Cəlilovla yanaşı, həmin qızla Famil adlı şəxs də cinsi əlaqədə olub. İstintaq hazırda Famil adlı şəxsin kimliyini araşdırır. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə cinayət işi başlayıb, istintaq gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA