QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün müsabiqəsi elan etdi

img

08-12-2009 [04:53]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. Şuranın sədri, millət vəkili Azay Quliyev dekabrın 8-də keçirilən mətbuat konfransında bildirib ki, layihələr 7 əsas istiqamət olmaqla, 22 mövzu üzrə təqdim edilə bilər. İstiqamətlər üzrə ümumilikdə 903 min manat vəsait ayrılıb. Layihələr dekabrın 8-dən 2010-cu il yanvarın 15-i saat 17.00-dək təqdim edilə bilər. Müsabiqə siyasi fəaliyyət, dini fəaliyyət, ayrı-ayrı fərdlərə maddi yardım və təhsil üçün təqaüdləri dəstəkləmir. Müsabiqəyə hər QHT yalnız bir layihə təklifi təqdim edə bilər. A.Quliyev əvvəlki müsabiqələr zamanı sənəd təqdim edərkən QHT-lərin bəzi texniki qüsurlarına göz yumulduğunu xatırladaraq deyib ki, bu müsabiqədə analoji hal olmayacaq: ?Əvvəl hansısa kiçik qüsurlar olanda, hansısa sənədlər çatmayanda biz bunu QHT rəhbərliyinə bildirirdik. Bu dəfə isə başqa cür olacaq. QHT sənədlərini müsabiqəyə təqdim edəcək, hansı sənədlərin yerində olub-olmadığın QHT-yə deməyəcəyik. Sənədlərə baxıldıqdan sonra o, minimum tələblərə cavab verəcəyi halda, Şuranın Katibliyinə təqdim olunacaq?. Şura sədri bu müsabiqənin nəticələrinin 2010-cu il martın 10-dan sonra elan olunacağını bildirib. Növbəti müsabiqə isə həmin ilin aprel ayında elan olunacaq. Şuranın müsabiqələrindən biri sərbəst mövzuda olacaq, digər müsabiqə isə beynəlxalq təşkilatlarla birgə elan ediləcək. Ümumilikdə Şura gələn il 4 müsabiqə elan etməyi planlaşdırır. Şura ilk növbədə ?Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası?na uyğun olaraq, aşağıdakı istiqamət və mövzular üzrə layihələrə üstünlük verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA