Azərbaycanda səfərdə olan Avropa Şurasının numayəndəsi müxalifət liderlərinə qarzı sayğısızlıq etdi

img

08-12-2009 [03:34]


Bu gün Azərbaycanın 6 müxalifət partiyasının rəhbərləri ölkədə səfərdə olan Avropa Şurası (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidəçilərindən ibarət nümayəndə heyətilə görüşməkdən imtina edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ADP sədri Sərdar Cəlaloğlu məlumat verib. ADP sədri bildirib ki, Qayə Doğanoğlunun rəhbərliyi etdiyi nümayəndə heyətilə görüş bu gün saat 13.00-da baş tutmalı imiş, lakin sonradan AŞ nümayəndələri görüş vaxtını saat 13.30-a dəyişdirib: ?Biz həmin vaxt orda olduq. Avropa Şurasının nümayəndələri bizi zala dəvət elədi. Biz iqtidar nümayəndələri ilə birlikdə zala daxil olduq. Avrop Şurasının nümayəndəsi dedi ki, biz müxalifət nümayəndələri ilə sonra danışacağıq ona görə də iqtidar nümayədləri otursunlar, müxalifətçilər isə gözləsinlər. Mən onda da etirazımı bildirdim ki, əgər belə idisə niyə bizi zala dəvət edirsiniz, sonra da çıxarırsınız. Əslində öncə bizimlə görüşməli idilər. Çünki onlar iki nəfər, özü də bir partiyanı təmsil edirdilər, biz isə altı nəfər altı partiyanı təmsil edirdik. Bundan sonra biz bir saata yaxın gözlədik və bu qənaətə gəldik ki, belə bir münasibət etik normalara ziddir. Hesab etdik ki, belə bir münasibət bizə qarşı hörmətsizlikdir və görüşdən imtina etdik?. ADP sədri onu da bildirib ki, bu münasibət onu göstərir ki, Avropa Şurası Azərbaycanda demokratiya ilə ciddi şəkildə maraqlanmır, sadəcə olaraq iqtidarın mövqeyini öyrənmək istəyir. Qeyd edək ki, AŞ nümayəndəsilə görüşə gedən müxalifət partiyalarının təmsilçiləri Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Müsavat Partiyası Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA