Havalar soyuyur; sabah Azərbaycana qar yağacaq

img

08-12-2009 [02:25]


Bu gün respublika ərazisində hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal küləyinin sürəti 9-14 m/s təşkil edəcək, arabir 16 m/s-dək güclənəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata görə, havanın temperaturu gecə 4-6, gündüz 6-8 dərəcə isti təşkil edəcək. Dekabrın 9-da hava şəraitinin buludlu olacağı, gündüz arabir açılacağı, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyinin sürəti 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq. Dekabrın 10-da hava şəraitinin buludlu olacağı, arabir açılacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, axşama doğru yağıntılı olacağı ehtimalı var. Cənub küləyinin sürəti 8-13 m/s olacaq, arabir 15 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3, gündüz 5-7 dərəcə isti olacaq. Həmin gün hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi şərq rayonlarda intensiv olacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti təşkil edəcək. 9-10 dekabrda hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan - 3 dərəcə istiyədək təşkil edəcək. Birinci ongünlüyün sonunadək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Temperaturlar ötən günlərə nisbətən aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur. Yaxın günlərdə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA