Hidayət Orucov qeydiyyatdan keçmiz 27 dini icmaya qeydiyyat zəhadətnaməsi verdi

img

08-12-2009 [02:20]


Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) dövlət qeydiyyatına alınmış dini icmalara qeydiyyat şəhadətnamələri təqdim olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə bir sıra dini icmaların rəhbərləri və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov çıxış edərək ölkədəki dini durum barədə mərasim iştirakçılarına məlumat verib. Komitə sədrı bildirib ki, ?Dini etiqad azadlığı haqqında? Qanuna edilən dəyişikliklərdən sonra ölkədə fəaliyyət göstərən bütün dini icmaların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayıb: "İndiyə qədər 400-ə yaxın dini icma qeydiyyatdan keçmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edib. Həmin qurumların böyük əksəriyyəti islam təmayüllü dini icmalardır və onların hamısı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müsbət rəy alıb". H.Orucov dövlət qeydiyyatından keçmək üçün müraciət etmiş və sənədləri qaydasında olan 27 dini icmanın rəhbərlərinə müvafiq dövlət şəhadətnamələrini təqdim edəndən sonra deyib ki, həmin dini icmalardan 2-si qeyri-islam təşkilatdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA