Səfər Əbiyev: "Vəziyyətin bu cür zəkil alması Azərbaycanı bazqa vasitələrə əl atmağa vadar edir"

img

08-12-2009 [01:18]


Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin Komandanı general Rocer Breydi qəbul edib. Müdafiə Nazirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə ABŞ-la Azərbaycan arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri, Cənubi Qafqazda mövcud vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Səfər Əbiyev Minsk Qrupu çərçivəsində 15 ildən artıq aparılan danışıqların heç bir səmərə vermədiyini qonağın diqqətinə çatdıraraq qeyd edib ki, vəziyyətin bu cür şəkil alması Azərbaycanı torpaqlarını işğaldan azad etmək üçün başqa vasitələrə əl atmağa vadar edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA