AMiP ?Azərbaycanda bələdiyyə seçkiləri və Avropa təcrübəsi? adlı 2 günlük seminar treninq keçirilib

img

07-12-2009 [05:39]


5-6 dekabrda Bakıda Azərbaycan Milli İstiqlal Partiyası ilə İsveçin hakim Moderat Partiyasının Jarl Hjalmarson Fondu AMİP bələdiyyə üzvlüyünə namizədlərə ?Azərbaycanda bələdiyyə seçkiləri və Avropa təcrübəsi? adlı 2 günlük seminar treninq keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, seminarı giriş sözü ilə açan AMİP Baş Katibi Fuad Muxtarov qonaqları salamladıqdan sonra tədbirin əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, Azərbaycanda bələdiyyə institutlarının yaranmasından 10 il ötsə də, bu yeni qurum hələ də tam formalaşmayıb, kifayət qədər problemlər qalmaqdadır. AMİP Baş Katibinin fikrincə, bələdiyyələr yerli icra strukturlarının əlavəsi rolunu oynamaqdadır. Jarl Hjalmarson Fondunun məsul nümayəndəsi, xanım Katarina Vallberq isə çıxışında fondun AMİP-lə bundan sonra da əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu bildirmişdi. ?Bələdiyyə seçkilərində AMİP-in prioritetləri? mövzusunda çıxış edən partiyanın bələdiyyələrlə iş üzrə katibi Elşən Mustafayev öz nitqində təmsil olunduğu partiyanın bələdiyyələrlə bağlı prioritetlərini geniş və ətraflı açıqladı. Bu prioritetlər arasında yerliözünüidarəetmə orqanlarına geniş səlahiyyətlərin verilməsi, paytaxt bələdiyyəsinin yaradılması, bir sıra qanunverici aktların qəbulunun vacibliyi, qəbul olmuş bəzi qanunların təkmilləşdirilməsi, ölkədə demokratik seçki mühitinin yaradılması, qanunların icra mexanizmi, bələdiyyələrə inamın artırılması və s. məsələlər xüsusi yer tutur. İsveç Baş Naziri Aparatının rəhbəri, cənab Kristoffer Tamsons tədbir iştirakçılarına bələdiyyə və bələdiyyə seçkiləri haqqında Avropa təcrübəsindən danışdı. O, bildirdi ki, Avropa ölkələrində, eləcə də İsveçdə bələdiyyə seçkilərinə böyük önəm verilir və bu seçkilər demokratik inkişafın və hakimiyyətə gəlmək üçün ilkin addım rolunu oynayır. Odur ki, Avropada bələdiyyələrdə təmsilçilik uğurunda çox ciddi rəqabət aparılır. Moderat Partiyasının Stokholum Qraflığının rəhbəri, cənab Peter Dannered və Bələdiyyə Assambleyasının üzvü, Stokholum Qraflıq Şurasının üzvü, cənab Harry Bouveng isə öz çıxışlarında Avropada seçki və seçki texnologiyası haqqında tədbir iştirakçılarına müfəssəl məlumat verdi. Sonra praktik məşğələlər və müzakirələr keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA