Avropa Şurasının müzahidəçiləri Məzahir Pənahovla görüzüblər

img

07-12-2009 [05:29]


Dekabrın 7-də ölkəmizdə səfərdə olan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidəçilərindən ibarət nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüblər. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, nümayəndə heyətinin rəhbəri Qaya Doğanoğlu Mərkəzi Seçki Komissiyasının sədrinə səmimi qəbula görə təşəkkür etmiş və 23 dekabr 2009-cu il tarixinə təyin olunmuş bələdiyyə seçkiləri ilə bağlı komissiyanın gördüyü işlər, atacağı addımlarla maraqlanıb. Mərkəzi Seçki Komissiyasının sədri Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi ilə MSK-nın 1999-cu ildən etibarən əməkdaşlıq etdiyini vurğulamış və bu görüşdən məmnunluq ifadə edib. O, bələdiyyə seçkilərində mühüm bir mərhələ olan namizədlərin qeydə alınması prosesinin artıq başa çatdığını və 32 minə yaxın namizədin qeydə alındığını vurğulayaraq bildirmişdir ki, 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınmışdır. Ümumilkdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər. Namizədlərdən 6180 nəfərini, yəni 19.5 faizini qadınlar təşkil edir. Dekabrın 25-dən seçkiqabağı təşviqat prosesi başlamış və bələdiyyə üzvlüyünə namizədlərin seçkiqabağı təşviqat aparmaları üçün hərtərəfli şərait yaradılmışdır. Bu günə kimi 20 minə yaxın müşahidəçi akkreditə olunmuşdur və bu proses davam edir. Mərkəzi Seçki Komissiyası ənənəvi olaraq genişmiqyaslı maarifləndirmə proqramı həyata keçirir ki, dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil olunmuş kurslar, Prezident Administrasiyası və MSK-nın ATƏT-in Bakı ofisi ilə birgə keçirdiyi yerli icra hakimiyyəti başçıları və DSK sədrləri üçün məlumat sessiyaları, DSK trenerləri üçün trenerlər də bu qəbildəndir. Hazırda dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir. Bundan əlavə, MSK Seçki Sistemləri üzrə Beynəlxalq Fondla (ABŞ) birgə məntəqə seçki komissiyalarının üzvləri üçün səsvermə günü həyata keçiriləcək seçki hərəktələrinə dair ?Seçki günü üçün yaddaş? kitabçası hazırlayaraq sözgedən komissiyaların üzvlərinə çatdırımasını təmin edib. Müşahidəçilər üçün də yaddaş kitabçası hazırlanır və bu günlərdə işıq üzü görəcək. M. Pənahov seçicilərin maarifləndirilməsi ilə bağlı həyata keçirilən və gerçəkləşdiriləcək layihələr barədə də məlumat verərək bildirmişdir ki, seçkilərin ədalətli, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün bütün zəruri addımlar bundan sonra da atılacaq və seçkidə iştirak edən vətəndaşların seçki hüquqların tam təmin olunacaq. Nümayəndə heyəti seçkilərin demokratik şəraitdə keçiriləcəyinə əminlik ifadı etmişlər. Görüşdə Avropa Şurası ilə Mərkəzi Seçki Komissiyası arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi də aparılmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA