Nazir Əli Abbasov rabitəçiləri pezə bayramı münasibətilə təbrik edib

img

06-12-2009 [02:37]


Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2006-cı il tarixli Sərəncamına əsasən hər il dekabr ayının 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bu il eyni zamanda, İnternetin yaranmasının da 40 ili tamam olur. Hər iki əlamətdar hadisə münasibəti ilə Sizi ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı, ailə səadəti arzulayıram! Poçt rabitəsinin çox qədim tarixi olsa da ölkəmizdə ilk telefon xətti 1881-ci ildə Bakıda ?Nobel Qardaşları Cəmiyyəti? tərəfindən çəkilmişdir. Dekabrın 6-da bu tarixi hadisənin 128-ci ili tamam olur. Zəngin tarixə malik Azərbaycan rabitəsinin ən parlaq inkişaf dövrü isə ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məlum olduğu kimi ulu öndərin hakimiyyətdə olduğu illərdə milli rabitəmiz çox böyük inkişaf yolu keçmişdir. Son beş ildə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsi də sürətlə inkişaf etmiş, nailiyyətlər əldə olunmuş, ölkəmiz İKT sahəsində regional liderə, inkişaf etmiş dünya ölkələrinin, nəhəng İKT şirkətlərinin diqqət mərkəzinə çevrilmişdir. Bu il keçirilmiş ?BakuTel-2009? 15-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisinin açılış mərasimində hörmətli prezidentimiz İlham Əliyevin iştirakı və İKT sektorunun inkişafına verdiyi yüksək qiymət hər birimizdə böyük ruh yüksəkliyi və gələcək nailiyyətlər üçün əsil stimul yaradır. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı naminə sizin göstərdiyiniz səylər danılmazdır. Əminəm ki, sizin həmrəyliyiniz və səyləriniz nəticəsində rabitə və informasiya texnologiyaları sahəsində bundan sonra daha böyük nailiyyətlər əldə olunacaq, Azərbaycan İKT üzrə ən inkişaf etmiş dünya ölkələri sırasında özünəməxsus mövqe əldə edə biləcəkdir. Sizə bu yolda uğurlar arzulayır və bayramınızı bir daha təbrik edirəm.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA