Ədliyyə naziri Fikrət Məmmədov qızına toy edir

img

05-12-2009 [02:03]


Bu gün ədliyyə naziri Fikrət Məmmədovun qızının toy mərasimidir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə nazirin qohumlarından biri məlumat verib. Məlumata görə, Fikrət Məmmədovun qızı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qohumu, ?Monte Karlo? restoranının sahibi Qulu müəllimin oğlu ilə ailə həyatı qurur. Toy məclisinin Bakının ən elitar restoranlarından sayılan ?Buta? sarayında keçiriləcəyi bildirilir. Bizə məlumat verən mənbə onu da qeyd edib ki, nazirin övladının toyunda ölkənin yüksək rütbəli məmurları da iştirak edəcəklər. Xatırladaq ki, Fikrət Məmmədov ölkə başçısı İlham Əliyevin qohumudur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA