?Nərimanov rayon dindarları? zeyxdən Əbu Bəkr məscidi ilə bağlı problemin həll olunmasını istəyirlər

img

04-12-2009 [04:58]


?Nərimanov rayon dindarları? dini icması Əbu Bəkr məscidində fəaliyyətlərinin bərpası ilə bağlı yaradılmış süni problemlərin aradan qaldırılması üçün Qafqaz Müsəlmaları İdarəsinin rəhbəri, cənab Hacı Allahşükür Paşazadəyə müraciət ünvanlayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə adıçəkilən dini icmadan məlumat daxil olub. Belə ki, icma 27 mart 1998-ci ildə Ədliyyə Nazirliyində, daha sonra 03 iyul 2002-ci il tarixində isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təsis edildikdən sonra adı çəkilən komitədə qeydiyyata alınmışdır (03.07.2002 tarixli, 137 saylı Şəhadətnamə). ?Dini etiqad azadlığı haqqında? Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 08 may 2009-cu il tarixli 812-IIIQD?-li Qanunu, Azərbaycan Respublikası Prezidentinin 29 may 2009-cu il tarixli 97 saylı fərmanı ilə təsdiq edilmişdir. Dəyişikliklərə əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş dini qurumlar yenidən qeydiyyata alınmalı idilər. Bu məqsədlə yerli icma orqanları tərəfindən dini icmalara hüquqi ünvanı barədə arayış təqdim edilməlidir. Göstərilən arayışın alınması məqsədilə icma Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin sənədin icmaya təqdim edilməsi iki aya qədər uzadılmış və nəticəsiz qalmışdır. 16 oktyabr, 2009-cu il tarixində dini icma təsisçiləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tərtib edilmiş arayış formasını təqdim etməklə, Nərimanov rayon İcra Hakimiyyətinə məktubla rəsmi müraciət etmiş və arayışın verilməsini xahiş etmişlər. Nərimanov rayon İcra Hakimiyyətinin 25 noyabr 2009-cu il tarixli 1/752 ?-li cavab məktubunda isə bildirilir ki, bu arayış yalnız dini icma, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alındıqdan sonra verilə bilər. Beləliklə, dini icmanın qeydiyyatı məsələsi gah Nərimanov rayon icra hakimiyyəti, gah da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həll edilməsi səbəbi ilə uzadılır. Qeydiyyat məsələsi ilə bağlı vaxtın məhdud olmasını və icmanın yenidən dövlət qeydiyyatına alınması üçün lazım olan bütün sənədlərin hazır olmasına baxmayaraq, hüquqi ünvan haqqında arayışın verilməməsini nəzərə alaraq, icma üzvləri bu, süni yaradılmış problemin həlli ilə bağlı Qafqaz Müsəlmanları İdarəsini rəhbəri, Hacı Allahşükür Paşazadəyə müraciət ünvanlamışdır. Adıçəkilən problemlə bağlı icma yaxın günlərdə mətbuat konfransı keçirməyi planlaşdırır. Xatırladaq ki, Əbu Bəkr məscidi 2008-ci il avqust ayında baş verən terror aktından sonra bağlanılmışdır. İndiyə qədər çoxsaylı istintaq işlərinin aparılması və günahkarların tapılmaına baxmayaraq, məscidin fəaliyyəti hələ də bərpa edilməmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA