Hicran Hüseynova: "Gənc ailələrinin oğlan uzaqları istəmələri bu gün olmasa da, gələcəkdə demoqrafik problemlərə yol aça bilər"

img

04-12-2009 [01:56]


Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, komitə sədri son illərdə Azərbaycanda gənc ailələrin əksəriyyətinin 1, yaxud 2 uşaqları olmasını istədiyini bildirib. H.Hüseynova bildirib ki, 1-2 uşağa meylin səbəbi tək maddi çətinliklərlə əlaqədar deyil, qadınların işləmək, karyera qurmaq istəkləri də bu kimi vəziyyətin yaranmasına yol açır. Dövlət Komitəsinin sədri dövlət qurumları ilə qadınların daha çox evdə işləmələrinə yol aça biləcək işlərlə bağlı müzakirələr apardıqlarını da qeyd edib: "Azərbaycanda gənc ailələr 1-2 uşağın həm də yalnız oğlan olmasını istəyirlər. Əgər hamilə qadının qız uşağı dünyaya gətirəcəyi məlum olursa, körpəni öldürürlər. Söhbət abortdan gedir. Cinsiyyətlə bağlı öncədən müayinəni məhdudlaşdırmaq da mümkün deyil. Çünki həkim anaya uşağın dünyaya gəlməsinin onun sağlamlığına ziyanlı olduğunu da söyləyə bilər. Gənc ailələrinin oğlan uşaqları istəmələri ilə bağlı istəklərinin bu gün olmasa da, gələcəkdə demoqrafik problemlərə yol aça bilər. Çində 1-2 uşaqla bağlı aparılan siyasət və ailələrin oğlan istəkləri hazırda ciddi problem yaradıb. Bu ölkədə oğlanlardan sayı qızlardan bir neçə dəfə çoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA