Ekologiya Nazirliyi əhalinin zikayəti əsasında arazdırmalar aparır

img

04-12-2009 [12:37]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ?qaynar xətt?inə daxil olan şikayətlər əsasında nazirliyin Dövlət Ekspertiza İdarəsinin əməkdaşları araşdırma aparıblar. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Nəsimi rayonu Neftçilər prospektində (Dəniz Limanı ilə üzbəüz) yaşayan N.Nəbiyeva və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsində yaşayan S.Səfərova tərəfindən yaşadıqları evin yaxınlığındakı ağacların qəzalı vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə verilən və icrası üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ?qaynar xətt? vasitəsi ilə daxil olan şikayətlərə əsasən Dövlət Ekspertiza İdarəsinin əməkdaşları sözügedən ərazilərə baxış keçirib. Baxış zamanı N. Nəbiyevanın evinin yaxınlığındakı təhlükə yaradan ağacın artıq aşması və aidiyyəti təşkilatlar tərəfindən doğranaraq daşınması müəyyən olunub. S. Səfərovanın evinin yaxınlığındakı bir ədəd titrək qovaq cinsli ağacın isə kökündən aşaraq yaxınlığındakı ağacların üzərinə düşdüyü müəyyən edilib. Dövlət Ekspertiza İdarəsi ağacın aidiyyəti qurumlar tərəfindən kəsilərək ərazidən daşınmasına razılıq verib. Yasamal rayonu, Teymur Əliyarbəyov küçəsində yaşayan E. Hüseynov tərəfindən Dövlət Statistika Komitəsinin yaxınlığında ağacların kəsilib zibil qutularına atılmasına dair məlumat isə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti (ETSD) tərəfindən araşdırılıb. Araşdırma zamanı Yasamal rayonu, N. Nərimanov küçəsində binanın qarşısında naməlum şəxslər tərəfindən 6 ədəd ayland və 1 ədəd tut ağacının kəsildiyi müəyyən olunub. Ağacları kəsən şəxslərin kimliyini müəyyən etmək məqsədi ilə Bakı şəhər ETSD tərəfindən Yasamal rayon Polis İdarəsinə məktub göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA