Qəbul imtahanlarına Sumqayıt məktəblərindən cəlb olunmuz nəzarətçi-müəllimlərlə görüz keçirilib

img

04-12-2009 [12:33]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dekabrın 3-də Sumqayıt Şəhər Təhsil Şöbəsi ilə birgə 2009/2010-cu tədris ili üçün respublikanın ali və orta ixtisas təhsili məktəblərinə keçirilmiş qəbul imatahanlarına Sumqayıt şəhərinin orta ümumtəhsil məktəblərindən cəlb olunmuş nəzarətçi-müəllimlərin fəaliyyətinə həsr olunmuş tədbir keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə TQDK-nın nümayəndələri, Sumqayıt şəhər təhsil şöbəsinin (ŞTŞ) müdiri Vidadi Bagırov, Sumqayıt şəhərində nəzarətçilərlə iş üzrə əlaqələndirici Saimə Əsədova, şəhər orta ümumtəhsil məktəblərinin direktorları, 200-ə yaxın nəzarətçi-müəllim iştirak edib. Əvvəlcə Sumqayıt ŞTŞ-nin müdiri Vidadi Bagırov çıxış edib, qəbul imtahanlarına Sumqayıt şəhərindən cəlb edilmiş nəzarətçi-müəllimlərlə işin təşkili ilə bağlı ətraflı məlumat verib. Sonra TQDK-nın Təşkilati-metodik təminat və təlimlər sektorunun müdiri Adığözəl Həbibov qəbul imtahanlarının təşkili və idarə olunması ilə bağlı görülən işlər, imtahan rəhbərlərinin və bu prosesə nəzarətçilərin cəlb olunmasında müxtəlif dövlət qurumları ilə əməkdaşlıq, cari il üçün nəzarətçilərin fəaliyyətinin araşdırması barədə iştirakçıları məlumatlandırmışdır. A. Həbibov imtahanlarda yüksək pedaqoji bacarığı və təşkilatçılığı ilə seçilən fənn müəllimlərinin fəal iştirakının vacibliyini vurğulayıb. Tədbirin sonunda cari tədris ili üçün keçirilən qəbul imtahanlarında Sumqayıt şəhərindən cəlb olunmuş nəzarətçilərdən fəaliyyəti yüksək qiymətləndirilmiş 36 müəllim müxtəlif hədiyyələrlə mükafatlandırılmış, işlədikləri kollektivlərə ünvanlanmış təşəkkür məktubları orta ümumtəhsil məktəblərinin rəhbərlərinə təqdim olunmuş, o cümlədən xüsusi fərqlənən 2 nəfərə TQDK tərəfindən fəxri fərmanlar verilib. V.Bağırov yekun nitqində nümunəvi fəaliyyəti ilə seçilən müəllimləri ŞTŞ adından bir daha təbrik etmiş, gələcəkdə belə müəllimlərin sayının daha çox olmasını arzuladıqlarını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA