Eldar Mahmudov italiya Xarici Kəzfiyyat və Təhlükəsizlik Agentliyinin Baz direktorunu qəbul edib

img

03-12-2009 [05:18]


Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Azərbaycana səfərdə olan İtaliya Xarici Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin Baş direktoru vitse-admiral Bruno Brançiforteni qəbul edib. Milli Təhlükəsizlik Nazirliyinin İctmai Əlaqələr Mərkəzindən Müstəqil Informasiya Agentliyinə verilən məlumata görə, görüşdə transmilli mütəşəkkil cinayətkarlıqla, eləcə də hazırda beynəlxalq aləm üçün ən təhlükəli cinayətlərdən olan terrorçuluqla mübarizə sahəsində görülən işlər və digər aktual məsələlər, habelə iki ölkənin xüsusi xidmət orqanları arasında işgüzar və səmərəli əməkdaşlığın əməli inkişaf perspektivləri üzrə müzakirə aparılıb. Eldar Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar haqqında qonağa ətraflı məlumat verib. Bruno Brançiforte İtaliya və Azərbaycan, eləcə də müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun qaldığını, keçirilmiş dialoqların və məlumat mübadilələrinin ölkələr arasında əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini qeyd edib. İşgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlərə də dair fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA