MBA və TEMPUS beynəlxalq proqramları üzrə və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd qəbulu davam edir

img

03-12-2009 [01:04]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən noyabrın 26-dan etibarən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd qəbulu aparılır. TQDK mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ərizə qəbulu haqqında elan ?Magistr? jurnalının 8-ci sayında dərc olunmuş və Komissiyanın internet səhifəsində yerləşdirilib. Qaydalara əsasən, bakalavrlar TQDK-nın mü?va?fiq internet səhifəsi?ndə "Bakalavrın elektron ərizəsi" formasını doldurur, sonra tələb olunan sənədləri TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib ?Bakalavrın elektron ərizəsi? formasını təsdiq etdirirlər. MBA proqramı üzrə magistraturaya ixtisasından asılı olmayaraq bütün bakalavrlar sənəd verə bilərlər. Azərbaycan Diplomatik Akademiyasının magistraturasına ixtisasından asılı olmayaraq bütün bakalavrlar, eyni zamanda magistrlər və bakalavr pilləsinin sonuncu kursunda təhsil alanlar da sənəd verə bilərlər. TEMPUS proqramı üzrə isə yalnız müvafiq ixtisas istiqamətləri üzrə təhsil almış bakalavrlar sənəd verə bilərlər. Həmin ixtisasların siyahısı Magistr? xüsusi buraxılışının 8-ci sayında nəşr edilmişdir. 3 dekabr saat 12:00-dək 343 bakalavr internetlə ?Elektron ərizə? doldurmuş, onlardan 192 nəfəri SQK-da ərizəsini təsdiq etdirib. Sənəd qəbulu 4 dekabr saat 17:00-dək aparılır. Yalnız elektron ərizələrini SQK-da təsdiq etdirən bakalavrlar imtahanda iştirak etmək hüququ əldə edirlər. Odur ki, TQDK ?Elektron ərizə doldurmuş, lakin həmin ərizəsini təsdiq etdirməmiş bakalavrların nəzərinə çatdırır ki, onlar yuxarıda qeyd olunan tarixədək TQDK-nın nəzdində fəaliyyət göstərən SQK-ya tələb olunan sənədləri təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA