Etimad Əsədov: ?Dövlət Qarabağ əlilləri üçün xeyli iz görüb, amma problemlər də var?

img

02-12-2009 [06:39]


?Qarabağ qaziləri? İctimai Birliyinin mətbuat xidməti 3 dekabr Beynəlxalq Əlillər günü münasibəti ilə təşkilatın sədri Etimad Əsədovun açıqlamasını yayıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan açıqlamada torpaqlarımızın azadlığı uğrunda əlil və şikəst olmuş insanların real durumuna toxunan E.Əsədov problemlərə və dövlət tərəfindən bu istiqamətdə görülən işlərə toxunub. O, hazırda Azərbaycanda 12 minə yaxın Qarabağ əlilinin olduğunu və bu insanlara qayğının vacibliyini vurğulayıb: ?Heç kəsə sirr deyil ki, Qarabağ müharibəsi əlilləri cəmiyyətin ən həssas və aztəminatlı təbəqəsidir. Bu insanlara ciddi qayğı və diqqət göstərmək lazımdır. Onlara olan münasibət bir başa Qarabağa, işğal altında olan torpaqlarımıza münasibətimiz deməkdir. Məhz bu baxımdan da müharibə əlillərinin həyat səviyyəsini yaxşılaşdırması ilə bağlı mərhum prezidentimiz Heydər Əliyevin bir çox vacib fərmanları, tapşırıq və tövsiyələri olub. Yeri gəlmişkən qeyd edim ki, hələ Heydər Əliyevin 22 avqust, 1994-cü ildə imzaladığı 193 saylı fərmanı Qarabağ əlillərinin həyatında ciddi dönüş yaratdı. O fərmanla, torpaqlarımızın azadlığı uğrunda sağlamlıqlarını itirmiş insanların mənzil-məişət, müalicə, dərman təminatı və sairə problemləri öz həllini tapdı. Bu siyasət prezident İlham Əliyev tərəfindən də bu gün davam etdirilir. O, bu istiqamətdə xeyli işlər görür. Qarabağ əlilləri və Şəhid ailələri üçün verilən pulsuz mənzillərin, avtomobillərin paylanmasını, regionlarda əlillər üçün reabilitasiya mərkəzlərinin yaradılmasını, bu insanların prezident təqaüdünə layiq görülməsini xüsusi ilə qeyd etmək istəyərdim. Digər tərəfdən, onu da qeyd edim ki, iki ildir fəaliyyət başlayan Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası da Qarabağ əlilləri ilə bağlı bir çox vacib layihələri maliyyələşdirib.? E.Əsədov görülən işlərlə yanaşı mövcud problemlərə də toxunub. O, hazırda Qarabağ əlillərinin əsas narahat edən problemin işsizlik olduğunu deyib: ?Bildiyiniz kimi bu gün Qarabağ əlillərinin orta pensiyası 120 manat, üstəgəl (1-ci qrupa 90, 2-ci qrupa 70, 3-cü qrupa isə 50 manat) prezident təqaüdüdür. Əvvəlki zaman deyil. İndi Qarabağ əlillərini övladları böyüyüb və onların problemləri də artıb. Pensiya ilə dolanmaq, ailə uşaq saxlamaq olmur. Xüsusi ilə Bakı şəhərində Qarabağ əlillərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına maneçilik törədilir. Paytaxt küçələrində az qala, gündə bir ticarət mərkəzi ucaldığı halda Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Qarabağ əlillərinə 15-20 kvadrat yer ayırmır. Bununla bağlı dəflərlə Qarabağ əlilləri bizə müraciət edib. Digər tərəfdən dəfələrlə qeyd etmişik ki, mənzillərin paylanmasında neqativ hallar var. Bizə bu barədə məlumatlar daxil olur. Bu, hamıya bəllidir. Amma bunun qarşısını almaq üçün konkret tədbirlər görülmür. Bəzi məmurlar, dövlətin, ölkə prezidentinin gördüyü bu qədər işlərin üzərinə kölgə salırlar.?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA