Qadın problemləri Milli Məclisdə müzakirə olunacaq

img

02-12-2009 [12:12]


Bu gün Milli Məclisdə ?Qadınlara qarşı zorakılığa yox deyək!? mövzusunda dinləmələr keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iclasda BMT-nin, Avropa Şurasının, ATƏT-in və ölkəmizdə fəaliyyət göstərən digər beynəlxalq qurumların, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, respublika Baş Prokurorluğunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edəcəklər. Dəyirmi masaya qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də ölkədə qadın problemlərinin işıqlandırılması və bu sahə ilə bağlı maarifləndirmə işi ilə məşğul olan kütləvi informasiya vasitələrinin məsul işçiləri də dəvət olunublar. Tədbirdə mühüm sosial problem olan məişət zorakılığının, o cümlədən qadınlara qarşı zorakılığın aradan qaldırılması və bu sahədə qarşıya çıxan problemlər ətrafında geniş fikir mübadiləsi aparılacaq. Tədbirin sonunda dinləmələrin yekunu kimi müraciətin qəbul edilməsi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA