Prezident ilham Əliyev Milli Dram Teatrında və Xalça muzeyində görülən izlərlə tanız olub

img

01-12-2009 [11:52]


Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Yenidənqurma işlərinin gedişi ilə maraqlanan prezident İlham Əliyevə məlumat verilib ki, binanın fasadında yenidənqurma işlərinin böyük qismi artıq görülüb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva teatr binasının əvvəlki vəziyyətini, yenidənqurma işlərinin gedişini və onun hazır olandan sonrakı vəziyyətini əks etdirən şəkillərə baxıblar. Prezident İlham Əliyev həmçinin tamaşa salonunda aparılan yenidənqurma işləri ilə maraqlanıb. Dövlət başçısına məlumat verilib ki, əvvəllər 590 nəfərlik tamaşa salonunda yerlərin sayı yenidənqurmadan sonra 650-ə çatdırılacaq. Hazırda səhnədə mexanikləşdirmə işləri gedir, burada ən müasir işıq və səs sistemləri quraşdırılır. Bu avadanlıq teatrın müasir standartlara uyğun kompyuterləşdirilməsi üçün nəzərdə tutulub. Prezident yenidənqurmadan sonra teatrın ən müasir standartlar səviyyəsində olmasının zəruriliyini bildirib, müvafiq tapşırıqlarını verib. Həmçinin prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, çox qeyri-adi bir forma - ?bükülmüş xalça? muzeyin memarlıq quruluşunun əsasında dayanmaqla binanın orijinallığını təşkil edəcək. Muzey inşa edilərkən məhz bu tikili üçün hazırlanan xüsusi avadanlıqdan istifadə olunur. Binanın ətrafında yaşıllaşdırma işləri aparılacaq, muzey kompleksi yaradılacaq. İlham Əliyev burada ?Venesiya şəhərciyi? adlanan ərazinin abadlaşdırılmasının vacibliyini bildirib. Prezident və xanımı muzeyin maketi ilə tanış olublar, binanın layihəsinə baxıblar. Qeyd edək ki, Dənizkənarı Milli Parkın ərazisində inşa edilən yeni binanın təməli ötən ilin mayında qoyulub. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan muzey binası ilk növbədə milli memarlıq ənənələrinə görə fərqlənəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA