Azərbaycanda Yeni ildə bez gün iz olmayacaq

img

01-12-2009 [04:00]


2009-cu ilin dekabrın 31-dən 2010-cu il yanvarın 4-dək Azərbaycanda qeyri-iş günü hesab olunacaq. Nazirlər Kabineti mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1 və 2 yanvar tarixləri rəsmi bayramdır (yanvarın 3-ü bazar günüdür). Yanvarın 2-si şənbə gününə düşdüyündən, növbəti həftənin bazar ertəsi ? yanvarın 4-ü də qeyri-iş günü hesab olunacaq. Xatırladaq ki, NK-nın digər qərarı ilə 2010-cu ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 9, 10 sentyabr Ramazan bayramı, 16, 17 noyabr Qurban bayramıdır. Həmin günlər də iş günü sayılmır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA