Ruhi xəstə Ruhi-Əsəb Xəstəxanasından qaçıb

img

01-12-2009 [03:13]


Bakı şəhərində ruhi xəstə xəstəxanadan qaçıb. Daxili İşlər Nazirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Xəstəxanasında baş verib. Rusiya Cinayət Məcəlləsinin 30.3 və 158.2-ci maddələri ilə 2 il müddətinə məcburi müalicəyə göndərilən və Səhiyyə Nazirliyinin qərarı ilə müalicədə olan Astara rayon sakini Bəxtiyar Əliyev səhər saatlarından xəstəxanadan qaçıb. Hazırda Sabunçu rayon Polis İdarəsi tərəfindən həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA