üç prokuror yenidən öz vəzifəsinə təsdiq olundu

img

01-12-2009 [03:02]


Azərbaycanda üç rayon və şəhər prokuroru yenidən öz vəzifələrinə təsdiq olunublar. Bu barədə məlumat verən Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib ki, Gəncə şəhər prokuroru Adil Vəliyev, Bakının Yasamal rayon prokuroru Həsrət Piriməmmədov və Səbail rayon prokuroru Şirxan Adıgözəlov Baş Prokurorluq üzrə müvafiq əmrlərlə ikinci səlahiyyət müddətinə həmin vəzifələrə təyin olunublar. Xatırladaq ki, ?Prokurorluq haqqında? Azərbaycan Republikası Qanunun müvafiq olaraq ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA