QHT-lərə Dövlət Dəstəyi Şurası Avropa Şurasının 60 illiyinə həsr olunmuz toplantı keçirəcək

img

01-12-2009 [02:44]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Şirvan şəhərində Avropa Şurasının 60 illiyinə həsr olunmuş toplantı keçirəcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev, Avropa Şurasının Azərbaycan üzrə İnformasiya ofisinin rəhbəri İlqar İbrahimli, yerli icra strukturları və ictimai qurumların təmsilçiləri, Şirvan şəhər ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər. Toplantı 2 dekabr 2009-cu il saat 12.00-da Şirvan şəhərində olacaq. Analoji tədbir 3 dekabr 2009-cu ildə Gəncə şəhərində keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA