Elmar Məmmədyarovla Edvard Nalbandyan Afinada görüzdülər

img

01-12-2009 [01:56]


Dünən axşam Yunanıstan paytaxtı Afinada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın görüşü keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülhlə həllinə yönələn görüşə beynəlxalq vasitəçilər - ATƏT-in Minsk qrupunun həmsədrləri də qatılıb. Nazirlərin görüşü prezidentlər İlham Əliyev və Serj Sərkisyanın noyabrın 22-də Almaniyanın Münhen şəhərində apardığı danışıqlarda razılaşdırılıb. 4 saatlıq Münhen görüşündən sonra jurnalistlərə açıqlama verən fransalı həmsədr Bernar Fasye bildirmişdi ki, prezidentlər razılaşdırılmayan məsələlərlə bağlı təkliflər üzərində işi davam etdirməyi qərara alıblar və bundan sonrakı mərhələdə həmsədrlər müzakirələri xarici işlər nazirləri ilə aparacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA