Azərbaycanda doğulacaq uzağın cinsi mənsubiyyəti barədə valideynlərə xəbər verilməsi qadağan olunacaq

img

29-11-2009 [06:44]


Dövlət Statistika Komitəsinin bu ilin 9 ayına aid demoqrafik statistikasına görə, yanvar-sentyabr aylarında Azərbaycanda dünyaya gəlmiş 109,5 min körpənin 54,1 faizi oğlan, 45,9 faizi qız uşağıdır. Artıq Azərbaycan ailələrində daha çox oğlan uşağının doğulması demoqrafik böhran təhlükəsi yarada bilər. Elə buna görə də, ölkəmizdə doğulacaq uşağın cinsi mənsubiyyəti barədə valideynlərə xəbər verilməsi qadağan oluna bilər. Bununla bağlı AzadlıqRadiosunun suallarını cavablandıran Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyevdə ?Bu, çox ciddi məsələdir. Mənə qalsa, hesab edirəm ki, belə bir qadağaya ehtiyac var. Çünki Azərbaycanda gender balansında ciddi dəyişiklik müşahidə olunur. Bu il ərzində doğulan bütün uşaqların 60 faizi oğlan, 40 faizi qızdır. İndiyə qədər bu nisbət 51-in 49 ?a kimi idi. Adamlar qız uşaqlarını abort etdirməyə meyllidirlər. Bütün abortların 30 faizi haqda qərar dölün cinsi haqqında məlumatların əsasında verilir. Gender balansının bu şəkildə pozulması ciddi demoqrafik problemlərə gətirib çıxara bilər. Odur ki, məncə, ?Əhalinin sağlamlığı haqqında? qanun layihəsinə dəyişiklik etmək, dölün cinsi haqqında məlumatların yayılmasına qadağa qoymaq lazımdır? deyərk bu xəbərləri təsdiqləyb. Deputat bildirib ki, bu məsələ ilə bağlı ölkə başçısı ilə də məsləhətləşmək lazımdır: ?Biz hesab edirik ki, dölün cinsinə görə abort etdirmək düzgün deyil. Dünyanın əksər ölkələrində belə bir qadağa var. Biz bu maddəni ?Reproduktiv sağlamlıq və ailə planlaşdırması? haqda qanun layihəsinə daxil etmişik?. Millət vəkili bu qanun layihəsinin nə zaman müzakirə olunacağının isə Milli Məclis rəhbərliyindən asılı olduğunu vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA