Millət vəkili Fuad Muradov Qurban bayramı münasibətilə Uzaq Evində olub

img

29-11-2009 [04:32]


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov jurnalistlərlə birgə Nizami rayonunda yerləşən 1 saylı Uşaq Evini ziyarət ediblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, jurnalistlər və gənclərin Qurban bayramı münasibətilə Uşaq Evinə gəlişi buradakı azyaşlıların sevincinə səbəb olub. Qeyd edək ki, bu Uşaq Evində valideyn himayəsindən məhrum olan 100-dən çox uşaq tərbiyə olunur. Müəssisənin rəhbərliyi Müstəqil İnformasiya Agentliyinin əməkdaşına bildirib ki, Heydər Əliyev Fondunun ?Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı? çərçivəsində əsaslı təmir olunan və yenidən qurulan bu uşaq evində balaca sakinlərin təlim-tərbiyəsi, istirahəti üçün hər cür şərait yaradılıb. Burada 3 yaşından 18 yaşınadək uşaq və yeniyetmə yaşayır. Millət vəkili, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradovun rəhbərlik etdiyi qurumun üzvləri və KİV nümayəndələri Uşaq Evindəki şəraitlə yaxından tanış olublar. Sonra qonaqlar azyaşlıların ifasında səhnəciklərə tamaşa ediblər. Millət vəkili Fuad Muradovun Qurban bayramı münasibətilə gətirdiyi hədiyyələr Uşaq Evinə verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA