Dalğa GH-nın yeni sədri dekabrın 1-də keçiriləcək qurultayda məlum olacaq

img

27-11-2009 [03:17]


Dalğa Gənclər Hərəkatının (Dalğa GH) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi (QHTK) Hərəkatın nizamnaməsinin 4.2.5 bəndinə əsasən növbəti, sayca IV (V), qurultayını 1 dekabr 2009-cu il saat 14:00-da Diplomat Oteldə keçirilməsinə qərar vermişdir. Hazırda sədrliyə və İdarə Heyətinə namizədlərin qeydə alınma prosesi gedir. Hərəkatın əsasnaməsinə uyğun olaraq qurultaya 3 gün qalmışa qədər, yəni ayın 27-si saat 18:00-dək, namizədlərin qeydə alınma prosesi yekunlaşacaq. Xatırladaq ki, Hərəkatın sədrliyinə namizəd olacaq şəxs özü ilə yanaşı birinci müavinini də QHTK-ya təqdim etməlidir. Artıq sədrliyə iddialı olduğunu bəyan edən 6 gənc olub. Onlardan 4-ü qeydə alınmış, biri isə QHTK tərəfindən qeydə alınmayıb, digər 1 namizəd isə iddiasından geri çəkilmişdir. Hazırda namizəd kimi qeydə alınmış şəxslər və onların birinci müavinləri aşağıdakı kimidir: Orxan Kazımlı və Elmar Mürsəlli, Rahim Mahmudzadə və Ramilə Yusifova, Nigar Zeynalova və Babək Rəsulzadə, Niyazi Militar və Ağarəhim Poladov. Adları çəkilmiş namizədlər artıq təbliğat-təşfiqat işlərinə və seçicilərlə görüşlərə başlayıblar. Sonda onu da qeyd edək ki, Qurultay Dalğa GH-nın bütün üzvlərindən ibarətdir, 2/3 səs çoxluğu ilə Dalğa GH-nın Nizamnaməsini qəbul edir, ona əlavə və dəyişikliklər edir, sədrin, İH-nin və MNTK-nın hesabatlarını dinləyir, gizli səsvermə ilə sədri, İH-nin və MNTK-nın üzvlərini 1 il müddətinə seçir, Dalğa GH-nın ümumi fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Qurultay üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Qurultayda iştirak sərbəstdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA