Hüquq müdafiəçisi iran səfiri ilə görüzə bilməyib

img

26-11-2009 [07:27]


?Azərbaycanlı alim Rəşid Əliyevlə görüşmək üçün səfərin detallarını İranın ölkəmizdəki səfiri ilə müzakirə etməliyik. Lakin səfir Məhəmməd Bagir Bəhrami görüşümüz hələlik baş tutmayıb. Qurban bayramı ilə bağlı səfir İrandadır. Səfir ölkəyə qayıdan kimi görüşümüz baş tutacaq?. Bunu hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib. Onun sözlərinə görə, Qurban bayramından sonra səfər baş tutu bilər. Qeyd edək ki, bir müddət əvvəl Rəşid Əliyevin zaminə buraxılmasını İran tərəfinin razılıq verməsi barədə məlumat yayılsa da, bu özünü doğrultmayıb. Rəşid Əliyevin Hüquqlarının Müdafiə Komitəsindən verilən məlumata görə, Rəşid Əliyevin əməkdaşlıq etdiyi İranın ?Sazan Electronics İndustry Company? şirkəti onun zaminə buraxılması üçün tələb olunan zəruri sənədləri və girov üçün nəzərdə tutulan məbləği istintaqa təqdim etsə də, istintaq azərbaycanlı alimi zaminə buraxmaqdan imtina edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA