MSK ?Seçki günü uçun yaddaz? kitabçası hazırlayıb

img

26-11-2009 [04:51]


Mərkəzi Seçki Komissiyasının (MSK) hazırladığı ?Seçki günü üçün yaddaş? kitabçası işıq üzü görüb. MSK-nın mətbuat xidmətiqndən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, məntəqə seçki komissiyalarının üzvləri üçün nəzərdə tutulan kitabçanı MSK və Seçki Sistemləri üzrə Beynəlxalq Fondla (ABŞ) birgə hazırlayıb. Kitabda MSK sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə müraciəti yer alıb. Müraciətdə MSK sədri məntəqə seçki komissiyalarının üzvlərinə vəzifələrini xatırladır və seçkilərin azad, şəffaf və ədalətli keçirilməsinin təmin edilməsində uğurlar arzulayır. ?Seçki günü üçün yaddaş?da məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə günü həyata keçirilməli olan seçki hərəkətləri barədə ətraflı məlumatlar əks olunub. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb. Qeyd edək ki, ?Seçki günü üçün yaddaş? Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramının tərkib hissəsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA