Baytarlıq Xidməti ?quz qripi? xəstəliyi ilə bağlı keçirilən növbəti monitorinqin nəticələrini açıqlayıb

img

26-11-2009 [01:49]


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində ?quş qripi? xəstəliyi ilə bağlı keçirilən növbəti monitorinqin nəticələrini açıqlayıb. DBX-nin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib ki, noyabrın 16-dan keçirilən monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 18 baş çöl quşunun patoloji materialı, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1772 baş ev quşunun qan nümunələri, eləcə də 8 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilib. müayinə edilmiş nümunələrin heç birində ?quş qripi? xəstəliyinin törədicisi müəyyən edilməyib. Monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də ölkənin dənizsahili zonalarında həyata keçirilib. Monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara rast gəlinməyib. Y.Xanvəli onu da qeyd edib, DBX ?quş qripi? xəstəliyinin köçəri quşlarla keçmə ehtimalını nəzərə alaraq ölkə ərazisində monitorinqləri bundan sonra da davam etdirəcək. ?Quş qripi? xəstəliyi ilə bağlı növbəti monitorinqin dekabrın 21-də başlaması nəzərdə tutulur. DBX sözçüsü bildirib ki, ev quşları qapalı şəraitdə saxlanılmalıdır. Köçəri və çöl quşlarının ovlanması, satılması və ondan qida məhsulu kimi istifadə qadağandır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA