Qeydiyyatdan keçmiz 1000-dən çox QHT qeybə çəkilib

img

26-11-2009 [01:24]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ?Azərbaycan QHT-ləri? məlumat kitabını nəşr etmək üçün hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu kitab dövlət və hökumət orqanlarının, mətbuatın, beynəlxalq təşkilatların Azərbaycan QHT-ləri ilə əməkdaşlıq imkanlarını genişləndirmək, QHT-lər arasında əlaqələndirmə və şəbəkələşmə proseslərinə yardım etmək üçün əhəmiyyətli bir vəsait kimi nəzərdə tutulur. Şura bu işə bir neçə ay əvvəl başlayıb və mümkün olan bütün mənbələrdən QHT-lər haqqında məlumat toplayıb. Artıq 1000-ə yaxın təşkilat haqqında informasiya yığılaraq elektron bazaya daxil edilib və nəşr üçün hazırlanıb. Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və siyahı üzrə Şuraya təqdim edilmiş 2427 QHT-ni ilkin olaraq aşağıdakı kimi təsnifatlandırmaq mümkün olub: 2058 ? müstəqil qeyri-hökumət təşkilatı; 179 ? idman təşkilatları; 150 - başqa QHT-lərin filial və şöbələri; 40 ? hüquq məsləhətxanası; QHT-lərin böyük bir qismi ilə əlaqə yaratmaq hələlik mümkün olmayıb. Şura siyahıda adı olan təşkilatların nümayəndələrindən xahiş edir ki, təşkilatları haqqında məlumatların ?Azərbaycan QHT-ləri? kitabına daxil edilməsi üçün Şuraya müraciət etsinlər. Sorğu anketi və əlaqə yaradılması mümkün olmayan təşkilatların siyahısı ilə Şuranın www.qhtxeber.az saytında tanış olmaq mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA