Arif Hacılı Britaniyanın Bakıdakı səfirliyinin siyasi məsələlər üzrə katibi ilə görüzüb

img

25-11-2009 [02:13]


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı partiyanın qərargahında Böyük Britaniyanın Bakıdakı səfirliyinin siyasi məsələlər üzrə katibi xanım Kətrin Klivlə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə 23 dekabr 2009-cu il tarixdə keçiriləcək Bələdiyyə seçkiləri, seçki kampaniyası dövründə yol verilən qanun pozuntuları və digər məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb. Qanun pozuntularının qarşısının alınması istiqamətində Müsavat Partiyasının atdığı addımlar barədə məlumat verilib. Görüşdə həmçinin azad və ədalətli seçkilərin keçirilməsi üçün vacib amillər, demokratik seçkilərin keçirilməsinin təmin edilməsi üçün Azərbaycan ictimai-siyasi təşkilatlarının, eləcə də Beynəlxalq Birliyin atmalı olduğu zəruri addımlar haqqında danışılıb. Görüşdə Müsavat Partiyası Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA