Bakının bəzi rayonlarına qaz verilməsinə məhdudiyyət qoyulacaq

img

25-11-2009 [02:07]


Bu gün saat.10.00-dan 17.00-dək Bakının Nəsimi və Əzizbəyov rayonlarının bəzi yaşayış sahələrinə qaz verilməsinə məhdudiyyət qoyulacaq. ARDNŞ-nin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi rayonu, 4-cü mikrorayon H. Seyidzadə küçəsi 16B saylı yaşayış binasının qarşısından, Məmmədov küçəsi ilə Mustafayev küçəsindəki 43 saylı yaşayış binasına qədər - uzunluğu 1200 p/m olan, diametri 525 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin tikintisinin başa çatdırılması ilə əlaqədar, yeni çəkilmiş qaz kəmərinin mövcud qaz kəmərinə və üzərində quraşdırılmış 6 ədəd qaz tənzimləyici avadanlığın şəbəkəyə qoşulması məqsədi ilə saat 10:00-dan saat 17:00-dək Alatava QPS-dən qidalanan mikrorayon 500 mm-lik orta təzyiqli (?İmperial? şadlıq evinin yaxınlığında ) kəmərdə qazın nəqli dayandırılacaq. İş görülən zaman 1, 2, 3, 4 və 5-ci mikrorayonların ərazisində və 3-cü Alatava yaşayış sahəsində qaz təchizatında məhdudiyyətlər olacaq. İşlər başa çatdıqdan sonra qazın verilməsi bərpa olunacaq. Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində yerləşən 123 saylı məktəbin qazanxanasının qazlaşdırılması ilə əlaqədar saat 10:00-dan 14:00-a kimi Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsinə qaz verilməyəcək. İşlər başa çatdıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA