Azərbaycanda əmək pensiyası alanların 1 milyon 300 minə yaxındır

img

25-11-2009 [01:29]


Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 300 min nəfərə yaxınlaşıb. Belə ki, bu ilin 9 ayı ərzində əmək pensiyaçılarının sayı 23 712 nəfər artaraq 01 noyabr 2009-cu il tarixə olan statistikaya əsasən, 1.298 850 nəfərə çatıb. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, ümumilikdə ölkə üzrə əmək pensiyaçıları arasında qadınların sayı daha coxdur. Hazırda əmək pensiyaçılarının 60,5 faizi (785 146 nəfər) qadınlar, 39,5 faizi (513 704) isə kişilərdir. Qadınlardan 383 547 nəfəri çoxuşaqlı analardır. Bundan başqa, əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 9 880 nəfər təşkil edir. Əmək zədəsi və peşə xəstəliyi ilə əmək pensiyası alan şəxslərin sayı 4560 nəfərdən ibarətdir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 138 311 nəfərdir. Onlardan 22 nəfəri Azərbaycan Milli Qəhrəmanlarının ailə üzvləridir. Qeyd edək ki, əmək pensiyası - ?Əmək pensiyaları haqqında? Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü vardır - yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA