ilham Əliyev və Dmitri Medvedev Volqa körpü keçidinin açılızına qatılıb

img

24-11-2009 [05:29]


Rusiyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı ilə birgə Volqa körpü keçidinin açılışına qatılıb. Dimtri Medvedev azərbaycanlı həmkarının sözügedən tədbirdə iştirak etməsindən məmnunluğunu vurğulayıb. Rusiya prezidenti körpünün tarixinə nəzər salıb və onun 20 ilə tikilib başa çatmasını vurğulayıb. O körpünü ölkəsinin iki ən ucqar qərb və şərq nöqtələrini birləşdirdiyini deyib. Qeyd edək ki, ikiyaruslu körpü keçidinin Volqa çayı üzərinə tikintisinə 1986-ci ildən başlanılıb. Körpü keçidi Uralla Sibiri birləşdirən mühüm nəqliyyat dəhlizi hesab olunur. Proqnozlara görə, körpüdən gün ərzində 30 min avtomobil keçə bilər. Körpü keçidi 220 m uzunluğundadır və 4 min ton yükgötürmə qabiliyyətinə malikdir. Körpünün aşağı hissəsinin isə 2012-ci ildə açılacağı nəzərdə tutulur. Dmitri Medvedev həmçinin An-124-100 RUSLAN və TU-204 təyyarələrinin istehsalı ilə məşğul olan Ulyanovsk aviasiya sənaye kompleksinin bazasının əsasında təşkil olunan aviastar kompaniyasına da baş çəkib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA