ümid Partiyası bələdiyyə seçkilərini boykot etməyə hazırlazır

img

24-11-2009 [04:24]


Noyabr ayının 28-də Ümid partiyasının mərkəzi qərargahında ümumrespublika müşavirəsi keçiriləcək. Müşavirədə dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak məsələsi müzakirə olunacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ümid Partiyası rəyasət heyyətinin üzvü, partiyanın iqtisadi siyasət komissiyasının sədri Razi Abasbəyli məlumat verib. R.Abasbəyli bildirib ki, bu günə qədər partiya 900-dən çox bələdiyyə subyekti üzrə 4 min nəfərə yaxın şəxsin namizədliyini irəli sürüb. Lakin hakimiyyət dairələrinin müxtəlif təzyiqlər nəticəsində bu gün cəmi 400 nəfərə yaxın namizəd qeydə alınıb. ?Faktiki olaraq ən böyük haqsızlıq bizim partiyaya qarşı edildi. Digər müxalifət partiyaları ilə müqayisəyə gəlməz dərəcədə namizəd irəli sürmüş Ümid Partiyasına qarşı total hücumlar təşkil edildi. Nəticə etibarilə də bu gün ümumi namizədlərimizin heç 10 faizi belə seçkilərdə iştirak imkanı əldə etmədi. Təzyiqlərin hələ də davam etməsi, bizim partiyanın seçkilərdə iştirakını kifayət qədər çətinləşdirir. Bu şərtlər altında partiyanın seçkilərdə iştirakı mümkünsüzləşir. Bu baxımdan da yəqin ki, noyabrın 28-də bu məsələ geniş müzakirə ediləcək və iştirak məsələsi barədə konkret qərar qəbul olunacaq. Bu qərarı elə həmin gün partiyanın Ali Məclisi rəsmən qərar verəcək?,- deyə komissiya sədri bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA