Doğulacaq uzağın cinsi mənsubiyyətini əvvəlcədən öyrənməsinə qadağa qoyula bilər

img

24-11-2009 [12:22]


Azərbaycanda doğulacaq uşağın cinsi mənsubiyyəti barədə valideynlərə xəbər verilməsi qadağan oluna bilər. Milli Məclisin müzakirələrinə çıxarılacaq ?Reproduktiv sağlamlıq və ailənin planlaşdırılması haqqında? qanun layihəsi hamiləliyin ilk üç ayında həkimlərə belə qadağa nəzərdə tutur. Qadağanın seçmə yolu ilə uşaqsalma probleminin həllinə yönəldildiyi bildirilir. Məlumatda son illər ölkədə yeni doğulmuş oğlan uşaqlarının sayının qızlara nisbətən xeyli çox olduğu bildirilir. Son 12 ildə ölkədə hər üç yeni doğulan körpədən yalnız biri qız uşağı olur. Belə vəziyyət demoqrafik böhran təhlükəsi yaradır. Yeni doğulan körpələrin normal cinsi mənsubiyyət nisbətinin 100 qıza 105 oğlan düşməsi hesab edilir. Azərbaycanda bu il anadan olmuş körpələrin 60 faizi oğlan uşağıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA