Prezident Administrasiyasının qarzısında etiraz aksiyası keçirmək üçün meriyaya müraciət edilib

img

23-11-2009 [05:37]


Milli Qurtuluş Partiyası (MQP) Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. MQP-nin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, aksiyanın noyabrın 28-də saat 15:00-da keçirilməsi planlaşdırılır. Aksiya gənc bloggerlər Emil Milli və Adnan Hacızadənin siyasi motivlərlə həbs edilməsinə, barələrində əsassız azadlıqdan məhrumedilmə qərarı çıxarılmasına etiraz etmək məqsədilə keçiriləcək. Piketdə 30 nəfərin iştirakı planlaşdırılır. Müraciətdə BŞİ-dən tədbirin təhlükəsizliyini təmin etməkdə yardımçı olması xahiş edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA