Ramiz Mehdiyev: ?Özlərini müxalifət adlandıran siyasi partiyaların sosial dayaqları tükənib?

img

23-11-2009 [05:26]


?Bələdiyyə seçkilərinə müdaxilə olunması barədə fikirlər həqiqətə uyğun deyil. YAP-a yaradılan şərait digər partiyalara da yaradılıb. Əsas problem odur ki, özlərini müxalifət adlandıran siyasi partiyaların sosial dayaqları tükənib?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev deyib. PA rəhbəri onu da qeyd edib ki, müxalifət partiyaları müxtəlif aldadıcı tədbirlərlə nümayəndələrinin sayının artırmağa çalışırlar, amma bununla bağlı müvafiq addımlar atılanda bunu müdaxilə kimi qiymətləndirirlər: ?Bəzi seçki dairələrində adamların özlərinin xəbəri olmadan adlarını siyahılara daxil ediblər. Nəinki adları siyahıya salıblar, hətta adamların xəbəri olmadan onları partiyanın nümayəndəsi kimi təqdim ediblər. Həmin adamlar sənədlərini təqdim edəndə, onlardan hansı partiyanın nümayəndəsi olduqlarını soruşublar. Bəziləri heç bir partiyanın üzvü olmadıqlarını deyib, digərləri isə başqa-başqa partiyaların adını çəkib. Yəni, həmin partiyalar tərəfindən verilən siyahıları təsdiq etməyiblər. Onlar belə aldadıcı variantlarla saylarını artırmaq istəyiblər. Yaxud qanunda göstərilib ki, vətəndaş bələdiyyəyə namizədliyini yaşadığı ərazidən verə bilər. Məsələn, Bakıda yaşayan adamın Gəncədə hansısa məntəqədə namizədliyini verməsi qanunauyğun deyil. Siyahıları yoxlayanda isə məlum olub ki, həmin adamlar həmin ərazidə yaşamırlar. Belə adamlar əlbəttə ki, qeydiyyatdan keçməyiblər. Məsələnin mahiyyəti bundan ibarətdir. Bizim məqsədimiz isə odur ki, Azərbaycanda həqiqətən də demokratik seçkilər keçirilsin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA